Ermənilər Makrona məktub yazdı: "Heç zaman olmadığı kimi, Fransanın dəstəyinə güvənirik...”
16-03-2021, 15:23
78

Ermənilər Makrona məktub yazdı: "Heç zaman olmadığı kimi, Fransanın dəstəyinə güvənirik...”



Ermənilər Makrona məktub yazdı:
Ermənistanda vəziyyət Krılovun məşhur “Ördək, balıq və xərçəng” təmsilindəki kimidir. Hərə öz bildiyi tərəfə çəkir. Mitinq zamanı kütləyə yaxınlaşan rus jurnalistini görən kimi hamısı - “biz əvvəldən deyirik ki, qurtarın bu oyunları. Bizi Rusiya xilas edə bilər. Rusiya Ermənistana da, Artsaxa da sahib çıxsın”. Siyasi liderlərə yaxınlaşanda: “Sorosun uşaqları ölkəni bu günə saldı. Bizə Rusiya ilə hərtərəfli əməkdaşlıq lazımdır. Sünikdə yeni Rusiya hərbi bazası lazımdır”. “Moskva müqaviləsini Rusiya ləğv etməli, Naxçıvanı, Qarsı, Araratı, Sürməlini bizə verməlidi”.
ABŞ-dakı erməni milli konqresi senatorların beynini töküb, ciblərini doldurur və: ”cənab prezident yəqin tezliklə Türkiyənin dərsini verəcək. Qarşıdan 24 aprel gəlir. Senat keçən il “genosid”i tanıyıb, ümid edirik ki, cənab Bayden də nəhayət genosidi tanıyacaq”.
 
Bu gün – martın 15-də isə milli demokratlar düşərgəsi adlandırılanlar Fransa səfirliyinə gəlib şəxsən Makrona ünvanlanan məktubu səfirliyə təqdim ediblər. Məktub müəllifləri daha hiyləgər yol seçərək, Fransanın xoşuna gəlmək üçün Rusiyanı da tənqid atəşinə tutublar. Başlarına gələnləri Türkiyə-Rusiya müttəfiqliyinin nəticəsi olduğunu vurğulayaraq nə az, nə çox hərbi kömək istəyiblər. Özlərinə də yüksək qiymət verməyi (erməni xəstəliyi) unutmayıblar: “Ənənəvi olaraq Qərb sivilizasiyasının daşıyıcısı olan erməni xalqı bölgədəki missiyasını bərpa etməlidir. Bundan əvvəl heç olmadığı kimi, Fransanın dəstəyinə güvənirik”.
 
 Yarandıqları gündən böyük güclərə, imperiyalara nökər, qul olub son anda onlara xəyanət etmək ermənilərin xislətidir. Roma imperiyasına, Bizansa, Osmanlı imperiyasına sığınıb və xəyanət ediblər, indi də əsrlərdir ki, Rusiya imperiyasına sığınıblar və əl altdan onlara da arxadan zərbə vurmağa hazır vəziyyətdədirlər. 
 
Valentin Pikulun “Favorit” romanında belə bir epizod var, qraf Potyomkin II Yekatrinaya deyir: “ermənilərin nümayəndələri gəlib, deyirlər ki, Rusiya bizə dövlət qursun, paytaxt da Erivan olsun”. Çariça: ”ölkə olmayandan sonra paytaxtın nə mənası var”.
 
Bu o vaxtlar idi ki, Krımda məskunlaşan  erməniləri ruslar  Don sahilinə köçürürdülər. Rostovun yaxınlığında qəsəbə salmağa kömək edirdilər.
80 ildən sonra da İrandan və Türkiyədən erməniləri Qarabağa və Gəncə ətrafına kğçürməyə başladılar. İmperiyaların aləti olanlar “Böyük Ermənistan”, “dənizdən dənizə” xəyali, saxta tarixlər düzəldərək Türkiyə və Azərbaycan torpaqlarını əldə etmək üçün özlərindən başqa hamını köməyə çağırdılar. 
 
Məlum olanları niyə bir daha xatırlatdıq. 44 günlük qələbəmiz düşməni böhranlı duruma salsa da, düşmən yatmayıb. Məktub ünvanladıqları ölkələrin, diasporanın yardımları ilə Qarabağın hələ ki, əllərində olan hissəsində istədiklərinə çatmağı planlayırlar. Dünən isə “İrs partiyası” keçmiş xarici işlər naziri Raffi Ovanesyanın sədrliyi ilə yenə dünya liderlərinə məktub ünvanlayıblar. 10 Noyabr bəyanatının parlamentdə ratifikasiya olunmadığını və hüquqi əsas daşımadığını qeyd ediblər. Yəni bəri başdan məsələnin ucunu qoyurlar ki, bəs filan vaxtı bunu dünyaya çatdırmışdıq. Kəsəsi, düşmənimizin xislətini, hiyləgərliyini, məkrliliyini, tərəfdarlarının da bolluğunu unutmamalıyıq və ləngimədən Qarabağda yarımçıq qalan işimizi bitirməliyik.

Oxşar xəbərlər