Rəisi iranlı qızın ölümünə münasibət bildirdi
29-09-2022, 08:59
55

Rəisi iranlı qızın ölümünə münasibət bildirdi

İranlı qız Məhsa Əmininin ölümü ilə əlaqədar hər hansı nöqsan olarsa, mütləq cinayət işi açılacaq.
 
Bunu İran Prezidenti İbrahim Rəisi xalqa müraciətində deyib.
 
Onun sözlərinə görə, tibbi ekspertiza Əmininin ölümü barədə hələlik rəy verməyib. Bir neçə gün ərzində rəy veriləcək.
 
İrandakı etiraz aksiyalarına münasibət bildirən Rəisi deyib ki, bəzi problemlərlə bağlı dialoq, tənqid və hətta etirazlar üçün mərkəzlər yaradıla bilər. 
 
"Heç bir halda vətəndaşların canı və malına hücum edilməsinə icazə vermək olmaz. Bəzi şəxslərin iğtişaşla cəmiyyətin asayişini pozmalarına icazə vermək olmaz", - deyə prezident qeyd edib.

Oxşar xəbərlər