Hamının səbirsizliklə gözlədiyi taxıl sazişi İMZALANDI
22-07-2022, 17:30
77

Hamının səbirsizliklə gözlədiyi taxıl sazişi İMZALANDI

Ukrayna, Türkiyə və BMT arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.
 
İmzalanma mərasimi İstanbulda keçirilib.
 
Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıblar.
 
Analoji sənədi bu gün Türkiyə, BMT və Rusiya nümayəndələri də imzalayacaq.
 
Qeyd edək ki, sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.

Oxşar xəbərlər