Erməni katolikosu Kəlbəcərdəki məbədə yeni keşişlər təyin etdi...-HƏDSİZLİK
15-03-2021, 17:05
65

Erməni katolikosu Kəlbəcərdəki məbədə yeni keşişlər təyin etdi...-HƏDSİZLİK




Erməni katolikosu Kəlbəcərdəki məbədə yeni keşişlər təyin etdi...-HƏDSİZLİK
Ermənistan katolikosu II Qaregin  Azərbaycan Respublikasının işğaldan azad olunmuş Kəlbəcər rayonu ərazisindəki Xudavəng məbədinə Azərbaycan qanunlarına zidd olaraq yeni keşişlər  təyin edib.
 
Bu haqda işğalçı ölkə nəşrləri məlumat yayıb. Məlumatda Azərbaycan torpağında işləyəcək yeni erməni keşişlərin ad-soyadları da göstərilib.
 
Xatırladaq ki, 10 Noyabr razılaşmasına əsasən Kəlbəcər rayonunun sovet dövrünə aid ərazisi Azərbaycan dövlətinin yurisdiksiyasına keçsə də,  Vəng kəndindəki Xudavəng məbədində Azərbaycan hakimiyətinin icazəsi ilə hələ də erməni rahibləri qalır. Üstəlik, Rusiya hərbçilərinin müşayiəti ilə həm Ermənistandan, həm də Qarabağdan ermənilər dəstə-dəstə həmin ibadətgahı ziyarət edirlər. 
 
4 dekabr 2020-ci ildə Qafqaz albanlarının etnik və mədəni varisləri olan Azərbaycanın udi icmasının nümayəndələri kompleksi ziyarət ediblər və monastırın içərisində liturgiya keçiriblər. 5 dekabrda udi xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunub.

Oxşar xəbərlər