Fransa Ermənistana bu silahı verəcək
5-10-2023, 11:31
22

Fransa Ermənistana bu silahı verəcək






Ermənistan Fransdan hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar aparacaqmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqaviləsi” partiyasının deputatı Armen Xaçatryan bildirib.

O qeyd edib ki, müqavilələr imzalanacağı təqdirdə Ermənistan avadanlıqların pulunu ödəyəcək.

"Hava hücumundan müdafiə Ermənistanın ən zəif tərəflərindən biridir. Bizə yeni keyfiyyət lazımdır”, - deyə Xaçatryan əlavə edib.

Erməni deputat konkret hansı silahdan söz getdiyini açıqlamayıb.

Oxşar xəbərlər