Kirillin Litvaya girişi qadağan edildi
27-07-2022, 17:48
56

Kirillin Litvaya girişi qadağan edildi

Litva Rus Pravoslav Kilsəsinin Patriarxı Kirilin Ukraynaya genişmiqyaslı işğalını davam etdirən Rusiyanı dəstəklədiyi üçün ölkəyə girişini qadağan edib.
 
Bu barədə Litvanın Daxili İşlər Nazirliyinə istinadən LRT milli yayımı məlumat yayıb.
 
Keşiş iyunun 23-də arzuolunmaz şəxslər siyahısına salınsa da, indiyədək ictimaiyyətə açıqlanmayıb. Qərar Litva Xarici İşlər Nazirliyinin təklifi nəzərə alınaraq qəbul edilib.

Oxşar xəbərlər