
Dünya / Ölkə / Hadisə
7-08-2023, 13:00
16
Çanaqqalada meşə yanğınları başlayıb

Türkiyənin Çanaqqala bölgəsində meşə yanğınları başlayıb. Alovlara havadan və qurudan müdaxilə edilir.
Məlumata görə, yanğın yerli vaxtla saat 14:00 (Bakı vaxtı ilə 15:00 - red.) radələrində Çanaqqalanın Lapseki rayonunda baş verib. Küləyin təsiri ilə alov qısa zamanda geniş əraziyə yayılıb.
Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğına havadan və qurudan müdaxilə davam edir.