Rusiyada içkili model nənəsinin kəllə sümüyünü sındırdı - FOTO
10-03-2021, 06:55
60

Rusiyada içkili model nənəsinin kəllə sümüyünü sındırdı - FOTO



Rusiyada içkili model nənəsinin kəllə sümüyünü sındırdı - FOTO
Rusiyalı model mübahisə zamanı nənəsinin kəllə sümüyünü sındırıb. Bu barədə “Mash on Moyke” “Telegram” kanalı xəbər yayıb.
 
Bildirilir ki, hadisə Sankt-Peterburqda baş verib. 25 yaşlı model İrina sərxoş olduqdan sonra 81 yaşlı nənəsini döyməyə başlayıb. Qadın artıq yerdə huşsuz vəziyyətdə olanda nəvəsi kömək çağırıb.
 
Hadisə yerinə gələn polislərə isə nənəsinin yıxıldığını və öz gözünü çıxardığını deyib. Lakin hüquq mühafizəçiləri şübhəlinin yalanını ortaya çıxarıblar və “sağlamlığa qəsdən ağır zərər vurma” maddəsi ilə cinayət işi açıblar. Model saxlanılıb.
 
Zərərçəkən isə xəstəxanadadır. Onun vəziyyəti ağır qiymətləndirilir.

Oxşar xəbərlər