Ukrayna ordusu ƏKS HÜCUMDA: Baxmut şəhəri qarış-qarış..
16-05-2023, 21:01
28

Ukrayna ordusu ƏKS HÜCUMDA: Baxmut şəhəri qarış-qarış..





Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətinin Baxmut şəhərinin 20 kvadrat kilometrini azad edib.

Publika.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, Rusiya ordusu şəhərin daxilində irəliləməyə davam edir: “Şəhər toplarla yerlə-yeksan edilir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin daha əvvəl Baxmutda əks-hücum əməliyyatına başladığı bildirilmişdi.

Xatırladaq ki, 8 aydan çoxdur Baxmut şəhərində gərgin döyüşlər gedir

Oxşar xəbərlər