
Dünya / Ölkə
16-05-2023, 13:57
94
Sövdələşmə olacaq: Ukrayna müharibəsi bu tarixdə dondurula bilər

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiyaya səfəri nəzərə alınmaqla, Ukraynadakı münaqişə 2023-cü ilin dördüncü rübündə dondurula bilər.
Publika.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bu fərziyyə ilə TASS-a müsahibəsində rusiyalı sinoloq və publisist Nikolay Vavilov çıxış edib. O qeyd edib ki, Pekinin artıq İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin qurulmasında uğurlu təcrübəsi var.
“Bu, Ukrayna üzrə sövdələşmənin baş tutacağını güman etməyə əsas verir”, - ekspert bildirib.
Vavilov əlavə edib ki, ABŞ-ın təzyiqi nəzərə alınmaqla sazişin icra müddəti altı aya qədər ola, yəni proses bu ilin dördüncü rübündə başa çatdırıla bilər