Ukraynadakı müharibə 1991-ci il sərhədlərinə qayıdışla başa çatacaq və bu vəzifə tamamilə yerinə yetirilə bilər”.
Bunu RBC-Ukraynaya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov deyib.
“Bu müharibəyə son qoymağın bir yolu var – bu, istənilən formada sərhədlərin qaytarılmasıdır, lakin bizim 1991-ci il modelindəki sərhədlərimizin”, - o deyib.
“Krım Ukrayna ərazisinin bir hissəsidir, Krım qaytarılmadan müharibə bitməyəcək”.
Dünya
24-04-2023, 16:08
136
"Ukrayna hərbçiləri bu yaz Krıma daxil olacaqlar"

Budanovun proqnozuna görə, Ukrayna hərbçiləri bu yaz yarımadaya daxil olacaqlar. O, Krımın qaytarılmasının Rusiyanı nüvə silahından istifadə etməyə təhrik edəcəyini də istisna edib.
Bu arada Ukrayna əks hücuma hazırlaşır. Aprelin 13-də prezident Volodimir Zelenski ordunun bunun üçün təlim keçdiyini söyləyib.