Türkiyədə 13 avtomobil toqquşdu: ölənlər və yaralananlar var
12-05-2023, 10:47
121

Türkiyədə 13 avtomobil toqquşdu: ölənlər və yaralananlar var





Türkiyənin Adana şəhərinin Pozantı rayonunda 2-si polis maşını olmaqla 13 avtomobil toqquşub.

Bu barədə Publika.az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, zəncirvari qəzada 7 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedicilər göndərilib. Yaralılar Adana ve Pozantıdakı xəstəxanalara çatdırılıblar.

Qeyd edilir ki, qəzada ölənlərdən birinin qohumu hadisədən sonra təcili yardım maşınını qaçırıb

Oxşar xəbərlər