Xəzərlə bağlı şok PROQNOZ
10-03-2023, 11:19
80

Xəzərlə bağlı şok PROQNOZ




Xəzər dənizində bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzər dənizində suyun səviyyəsinin 9-30 metr azalacağı gözlənilir.
Bunu Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində "Meqatəhdidlər dövrü:

İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi" mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.Nazir qeyd edib ki, Qazaxıstan hər zaman sülhün tərəfindəndədir: "Təəssüflər olsun ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb".
Onun sözlərinə görə, dünyada hazırda bir çox təhlükələr yaşanmaqdadır: "Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələ nəticəsində bir çox insanlar həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin suyunun 9-30 metr azalacağı gözlənilir. Bu da 5 ölkə üçün də təhlükədir".

Oxşar xəbərlər