Rusiyada naməlum obyekt düşdü  -  VİDEO
1-03-2023, 10:27
42

Rusiyada naməlum obyekt düşdü - VİDEO





Rusiyanın Adıgeyin Qiaqinski rayonunun Novı kəndində gecə saatlarında naməlum təyyarə qəzası qeydə alınıb.
Bu barədə Adıgey Respublikasının rəhbəri Murat Kumpilov özünün Teleqram kanalında məlumat verib.
“Hazırda əməliyyat-istintaq qrupu işləyir. Ən əsası isə ölən və yaralanan yoxdur. Heyvandarlıq fermasının yardımçı tikililərində cüzi dağıntı var” - deyə məlumatda qeyd edilib.
Kumpilov həmçinin əhalidən “sakit olmağı” xahiş edib və onu əmin edib ki, “respublika sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məsələləri”ni “şəxsi nəzarətində saxlayır”.

Oxşar xəbərlər