159 saatdan sonra xilas edildi
13-02-2023, 08:25
41

159 saatdan sonra xilas edildi




Aralıq dənizi, Cənub-Şərqi və Şərqi Anadolu bölgələrində 10 vilayətdə baş verən zəlzələlərdən sonra Hatayda axtarış-xilasetmə işləri davam edir.
"Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələnin 159-cu saatında Hatayın Antakya rayonunda dağıntılar altında qalan qadın xilas edilib.
Xilasedicilər  Fatih Apartmanında su sızıntılarını dinləyən texniki cihazla edilən dinləmə əsnasında bir səsə çatdı.
Daşla divara vuraraq səs çıxarmağa qərar verən qadının yeri qruplar tərəfindən müəyyən edilib.
Xilasedicilər zəlzələnin 159-cu saatında 55 yaşlı qadını xilas ediblər.

Oxşar xəbərlər