Masazırda DƏHŞƏT: İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - VİDEO
6-01-2023, 12:57
68

Masazırda DƏHŞƏT: İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - VİDEO





Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində sahibsiz itlərin hücumuna məruz qalan 41 yaşlı qadın ölüb.
4 ay əvvəl qəsəbə ərazisində itlər 41 yaşlı İnci İsgəndərovaya hücum edib. Xəsarət alan qadın bir müddət sonra dünyasını dəyişib.
 
Sakinlər ərazidə sahibsiz itlərin sayının çox olmasından və tez-tez onların hücumuna məruz qalmalarından şikayət ediblər.

Oxşar xəbərlər