Bayden bu gecə Ukrayna ilə bağlı mühüm qərar verə bilər
26-01-2023, 08:07
58

Bayden bu gecə Ukrayna ilə bağlı mühüm qərar verə bilər



ABŞ prezidenti Co Bayden yanvarın 25-də Ağ Evdə Ukraynaya yardımla bağlı çıxış edəcək.
Məlumatı  Ağ Evin  mətbuat  xidməti yayıb.
Amerika liderinin Ağ Ev tərəfindən yayımlanan yenilənmiş qrafikində deyilir: “Co Bayden yanvarın 25-də Ukraynaya davamlı dəstək haqqında çıxış edəcək”. Çıxış  Bakı  vaxtı ilə saat 21:00-a planlaşdırılıb.
Qarşıdan gələn çıxışın mahiyyəti ilə bağlı əlavə təfərrüatlar verilmir.
 KİV Baydenin çərşənbə günü Kiyevə Abrams tanklarının tədarükünü elan edə biləcəyini yazmışdı.

Oxşar xəbərlər