Ukrayna Avropadan 80 "Leopard"  tankı alacaq
26-01-2023, 08:05
38

Ukrayna Avropadan 80 "Leopard" tankı alacaq





Avropa ölkələri Ukrayna üçün ən qısa zamanda hər birində 40 "Leopard" tankı olacaq iki tank batalyonu yaratmaq istəyir.
 
Bu barədə  Der Spiegel  məlumat yayıb.
  
Nəşr göstərir ki, Almaniya 14 Leopard 2 əsas döyüş tankı tədarük etməklə Ukraynaya hərbi dəstəyi genişləndirir.
 
Bu addım beynəlxalq tərəfdaşlarla razılaşdırılaraq atılır.
 
ABŞ daha bir batalyonu Abrams döyüş tankları ilə təchiz edəcək.

Almaniyadan Leopard 2A6 tankları, ehtimal ki, Finlandiya, İspaniya və Hollandiyanın daxil olduğu batalyona daxil olacaq. Polyaklar və norveçlilər Leopard tipli 2A4 ikinci batalyonunu yığırlar.
Nəşrin məlumatına görə, ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Rişi Sunak çərşənbə günü telefon danışığında bu istiqamətdə gələcək addımları müzakirə etmək istəyirlər.

Oxşar xəbərlər