Rusiyada maşınqayırma zavodunun ərazisindəki bina yanır
13-12-2022, 16:52
49

Rusiyada maşınqayırma zavodunun ərazisindəki bina yanır





Rusiyanın Sankt-Peterburq şəhərində “Zvezda” maşınqayırma zavodunun ərazisində ikimərtəbəli bina yanır. Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsi yayıb.Bildirilib ki, yanğının söndürülməsi üçün hadisə yerinə 35 xilasedici və 7 texnika cəlb olunub. Qeyd edək ki, yanğın baş verən ərazidə dizel mühərrikləri istehsal edilir. Rusiya Hərbi Dəniz Qüvvələrinin və sərhəd qoşunlarının yüksək sürətli gəmilərinin mühərriklərinin, təxminən, 90 faizi “Zvezda” zavodunda istehsal olunub.

Oxşar xəbərlər