SON DƏQİQƏ! Rusiyanın nəhəng zavodu yanır
9-12-2022, 14:10
58

SON DƏQİQƏ! Rusiyanın nəhəng zavodu yanır




Rusiyanın Barnaul şəhərində Altay təkər zavodunda yanğın başlayıb.
"Yanğın Barnaulda müəssisənin istehsalat binalarından birində baş verib. Söndürmə işlərinə yüzdən çox insan və yanğınsöndürmə briqadaları  cəlb olunub. Yanğın sahəsi min kvadratmetrə yaxındır", -  deyə Rusiya mətbuatı  yazır.
Yanğın təkər zavodunun sexlərindən birində baş verib. Daha sonra  alov 4 mərtəbəli binanı bürüyüb.
Bildirilir ki, müəssisə tanınmış Nortec brendi ilə şinlər istehsal edir.

Oxşar xəbərlər