Ohanyanın əmlakı müsadirə olunacaq
18-11-2022, 18:35
75

Ohanyanın əmlakı müsadirə olunacaq

Ohanyanın əmlakı müsadirə olunacaq 
Dekabrda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyanın işinə baxmağa başlayacaq.


Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
 
Prokurorluq Ohanyan və ona bağlı şəxslərdən dövlətin xeyrinə 1 milyard dramdan (2,5 milyon ABŞ dolları) çox olan qanunsuz əmlakın geri alınmasını tələb edir: Bura İrəvanın mərkəzində iki daşınmaz əmlak, Vaaqni məhəlləsində malikanə, Sevan gölünün sahilində villa daxildir.

Bundan əlavə, prokurorluq hesab edir ki, təxminən 1 milyard dram (2,5 milyon dollar) məbləğində vəsait də müsadirə edilməlidir.

Oxşar xəbərlər