Navalnı beynəlxalq antikorrupsiya fondu yaratdı
12-07-2022, 08:48
65

Navalnı beynəlxalq antikorrupsiya fondu yaratdı

Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı beynəlxalq antikorrupsiya fondu yaradıb.
 
Bu barədə Navalnı vəkilləri vasitəsilə məlumat yayıb.
 
Fondun məsləhət şurasına Belçikanın keçmiş baş naziri Qay Verhofstadt, politoloq Frensis Fukuyama, Pulitzer mükafatı laureatı jurnalist və tarixçi Anne Applebaum, Navalnının həyat yoldaşı Yuliya Navalnaya və digərlərinin daxil olacağını bildirilib.
 
Qeyd olunub ki, Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Fondu tamamilə şəffaf fəaliyyət göstərəcək və onun ilk vəsaiti Avropa Parlamentinin Navalniyə verdiyi 50 min dollarlıq Saxarov mükafatı olacaq.
 
Xatırladaq ki, Rusiya Navalninin Korrupsiyaya Qarşı Mübarizə Fondunu (ACF) ekstremist kimi qanunsuz elan edib. 
 

Oxşar xəbərlər