Şirkət pul aldı, iş görmədi – QALMAQAL
22-03-2021, 13:13
68

Şirkət pul aldı, iş görmədi – QALMAQAL





Azərbaycanda işgüzar mühitdə bəs deyincə dələduzluq əməlləri var. Pul alıb iş görməmək, pul alıb qaytarmamaq və s. ticari münasibətləri bir qədər də çətinləşdirir.
faktaraşdırmatv.az musavat.com-a istinadən xeber verir ki, kiçik sahibkar Babək Məmmədov da bu qəbildən olan problemlə üzləşib. Deyir ki, “Ror-company” MMC-yə 2018-ci ilin oktyabrında 20 min manat pul ödəyib. Bunun qarşılığında “Ror-company” MMC-nin direktoru Elmir Aslanlı “Ba Nefro N30″, ”Ba Enzim N30″, “Ba Hepa N30″ adlı məhsulların xaricdən Azərbaycana gətiriləcəyini deyib. Tərəflər arasında 9 nömrəli müqavilə bağlanıb.
Həmin vaxtdan bu günədək Elmir Aslanlı nə məhsulları gətirir, nə də ki aldığı 20 min manat pulu qaytarır.
Kiçik sahibkar deyir ki, satıcı əvvəlcədən ödənişi nağd şəkildə qəbul edib və ödənişdən sonrakı 10 həftə ərzində qeyd olunan malları çatdırmaq öhdəliyini götürüb: “Bu günədək malları çatdırmayıb və pulu da qaytarmır. Satıcı müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməməklə mənə maddi və mənəvi ziyan vurub. Və bu gün də hərəkətlərini davam etdirir. Ona pretenziya məktubu da yazmışam. Məndən müqavilə əsasında aldığı 20 min manat əsas borcu, 10 min manat mənəvi ziyan, 10 min manat əldən çıxmış fayda olaraq ümumilikdə 40 min manat pulu qaytarmasını tələb edirəm”.
Kiçik sahibkar hüquq-mühafizə orqanlarına da müraciət edərək onu aldadan şirkət rəhbəri ilə bağlı ölçü götürülməsini xahiş edib.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Oxşar xəbərlər