HƏYƏCAN: Ən güclü maqnit qasırğası gəlir
7-08-2025, 19:52
146

HƏYƏCAN: Ən güclü maqnit qasırğası gəlir

 
Son iki ayın ən güclü maqnit qasırğası avqustun 8-də Yer kürəsini vuracaq.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası alimləri "Telegram" kanallarında bildirib.
Alimlər qeyd ediblər ki, avqustun 5-də baş verən günəş partlayışı Yer kürəsində gözlənildiyindən daha ciddi geomaqnit nəticələrə səbəb olacaq.
"Modellər göstərdi ki, planet yüksək sürətli bulud nüvəsi ilə toqquşacaq, maqnit sahəsinə təsir daha güclü ola bilər", - deyə məlumatda bildirilib.
Mütəxəssislərin fikrincə, plazma planetimizə avqustun 8-də Bakı vaxtı ilə təxminən saat 08:00-da çatacaq. Bununla belə, geomaqnit vəziyyət artıq cümə axşamından cümə gününə keçən gecə pisləşməyə başlayacaq. Səbəb Yerin başqa bir böyük tac dəliyinin fəaliyyət zonasına daxil olması olacaq.
Qeyd edək ki, iyulun 23-də Yer kürəsində sonuncu maqnit qasırğalarından biri qeydə alınıb.

Oxşar xəbərlər