Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir
23-03-2024, 11:00
17

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir




Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası Günəşdə böyük alışma baş verdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu gün səhər tezdən Günəşdə ən yüksək X dərəcəli məşəl qeydə alınıb. Məlumata görə məşəllər hələ də müşahidə olunur.

"Yerin maqnit sahəsinə ən çox təsir edən və sürətindən asılı olaraq maqnit fırtınalarına səbəb olan plazma buludları bazar günü axşam və ya bazar ertəsi səhər saatlarında Yerin orbitinə yaxınlaşacaq", - deyə mütəxəssislər xəbərdarlıq ediblər.

Oxşar xəbərlər