Xaricdə oturub dövlətə qarşı böhtan kampaniyası aparan Filizman Bağırov kimə xidmət edir?
19-07-2025, 13:35
97

Xaricdə oturub dövlətə qarşı böhtan kampaniyası aparan Filizman Bağırov kimə xidmət edir?

[media=https://youtube.com/shorts/GWr0gAr_SpA?si=UqCcAuY9qz9hnifI]

Son vaxtlar sosial şəbəkələrdə ölkəmizə qarşı qarayaxma xarakterli fikirlər yayan şəxslər arasında Göl-göl rayon sakini Filizman Bağırovun da adı hallanır. Hal-hazırda xarici ölkədə yaşayan bu şəxs açıq şəkildə Azərbaycan dövləti və onun hüquq-mühafizə orqanları haqqında təhqiramiz ifadələr işlətməkdən çəkinmir, məmurları və polis əməkdaşlarını əsassız şəkildə ittiham edərək onların ünvanına böhtanlar səsləndirir.

Filizman Bağırovun çıxışları təkcə qeyri-ciddi deyil, həm də milli maraqlara zidd, bölücülük və nifaq toxumu səpməyə yönəlmiş xarakter daşıyır. Xaricdə oturaraq təhlükəsiz bir məkandan dövlətini və onun çalışan insanlarını təhqir etmək, vətənə qarşı sədaqətsizlik və ictimai sabitliyi pozmağa yönəlmiş məqsədyönlü fəaliyyətin göstəricisidir.

Onun bu cür davranışları təkcə vətənə yox, həm də Azərbaycan xalqının əksəriyyətinin mənəvi dəyərlərinə, dövlətçilik prinsipinə hörmətsizlikdir. Filizman Bağırovun fəaliyyəti aidiyyəti qurumlar tərəfindən hüquqi baxımdan da qiymətləndirilməli və onun yaydığı dezinformasiyalarla mübarizə aparılmalıdır. Dövlətini sevən heç bir vətəndaş belə davranışa haqq qazandırmaz.

Oxşar xəbərlər