Yüzbəyovun kafesinin reklam lövhəsi söküldü
24-10-2022, 18:00
98

Yüzbəyovun kafesinin reklam lövhəsi söküldü

Yüzbəyovun kafesinin reklam lövhəsi söküldü
Memarlıq binalarının fasadlarının görkəmini korlayan reklam lövhələri sökülüb.
 
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat paylaşıb.
 
N.Allahyarova qeyd edib ki, tarixi abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması tədbirləri davam edir.
 
Qeyd edək ki, lövhəsi sökülən kafelərdən bir - “Yüz cafe” adlı obyektin sahibi məşhur bloqer-aktyor Taleh Yüzbəyovdur.

Oxşar xəbərlər