Parlamentdə tıxac problemi qaldırıldı - Təkliflər verildi
21-10-2022, 15:57
143

Parlamentdə tıxac problemi qaldırıldı - Təkliflər verildi

Parlamentdə tıxac problemi qaldırıldı - Təkliflər verildi
"Günün istənilən vaxtında Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. İnsanların böyük əksəriyyəti yollarda qalır".
 
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib. O bildirib ki, problem yalnız yol infrastrukturunun mövcud nəqliyyat yükünü götürə bilməməsindən qaynaqlanmır.
 
Deputat problemdən çıxış yolu kimi bir sıra təkliflər irəli sürüb:
 
"Abşeronda sərnişindaşımaya vahid prinsiplə yanaşmaq lazımdır. Sumqayıt-Bakı arasında ictimai nəqliyyatın avtovağzallar arasında işləməsi ləğv olunmalıdır. Vətəndaşların avtovağzala gəlməsi əlavə vaxt və vəsait itkisidir. İctimai nəqliyyatın mövcud vəziyyəti şəxsi nəqliyyat vasitələrindən istifadəni stimullaşdırır. Hesab edirəm ki, Sumqayıtdan Bakının müxtəlif ərazilərinə, məsələn, Bakı Dövlət Universitetinə, Bakı Dəmir Yolu Vağzalına və s. ərazilərə avtobuslar təşkil olunsun. Bundan başqa, ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün güzəştli kartlar tətbiq oluna bilər. Həmçinin Bakı-Sumqayıt qatarlarının vaqonlarının sayının artırılması və intervalların azaldılması həmin yolda sıxlığı azaldar. Ölkəmizdə ekspress avtobusların tətbiq olunmasını təklif edirəm. Bu, şəxsi nəqliyyatdan istifadənin azaldılmasına kömək edər".

Oxşar xəbərlər