Cəmiyyət
25-02-2025, 16:38
65
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir
Ana bətnində ikən həyatı əlindən alınan körpə ürəyinin yaşamaq istəyirəm döyüntüsü, işgəncələrdən yaşarkən ölən qocanın "ölmək istəyirəm..." fəryadı olan Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sıradadır. Müsəlman sərkərdəsi Əmir Saleh "Qiyamət günü" əsərində yazır: "...İnsanları diri-diri yandıranları, uşaqları, şikəst qocaları, hamilə qadınları əzib məhv edən, öldürən, təhqir edən kəslərin əsil-nəcabətləri olmaz. Belələri ilə yol getmək, süfrələrində çörək kəsmək, onlara yardımçı olmaq... bütün bunları mənsub olduğun millətə xəyanət sayıram".
Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı.
Ümummilli lider Lider Heydər Əliyev qeyd edirdi: "...1992-ci il fevralın 26-da qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu. Erməni hərbi birləşmələri 366-cı motoatıcı alayı ilə birlikdə qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixində analoqu olmayan işgəncə verməklə öldürdü, təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq".

1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşir və 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olunmuş, fevralın ortalarında Qaradağlı kəndini, fevralın 17-də Xocavəndin Qaradağlı kəndini ələ keçirmişdilər. 30 oktyabr tarixində rayonla yerüstü əlaqə kəsilmiş, helikopter yeganə nəqliyyat vasitəsinə çevrilir. 1991-ci il sentyabrın 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda daşqalaq edildi. Hər gecə Xocalı "Alazan" və "Kristall" raket qurğularından atəşə tutulurdu.
Xankəndidən 10 kilometr Cənub-Şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülmüşdü. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı, Qazax rayonunun Bağanis-Ayrım kəndlərinin işğalı zamanı əhalinin bir hissəsi plana uyğun qəddarlıqla qətlə yetirilmişdi.
Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmışdı. 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olunur.
Heydər Əliyevin 25 fevral 1997-ci il verdiyi H 498 qərar nəticəsində, hər il fevralın 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. Ümummilli lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən başlı-başına qalmasına kəskin etiraz bildirərək deyirdi: "Ozamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır".
Hacı Elmar
Şəmkir rayon Cümə məscidinin axundu