Qızıl yenə bahalaşdı
16-09-2024, 20:55
115

Qızıl yenə bahalaşdı



Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 0,4 % artaraq 2 589 ABŞ dollarına çatıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

“Qızılın qiyməti, Federal Ehtiyatlar Sisteminin (FES) 17-18 sentyabr iclası ərəfəsində yeni rekord səviyyə yüksəlib. Gözlənilir ki, bu, faiz dərəcəsinin ən azı 25 baza bəndi azaldılması ilə nəticələnəcək", - məlumatda qeyd edilib.

Qiymətli metala dəstək, həmçinin ABŞ dollarının zəifləməsi olub. Dolların ucuzlaşması keçmiş prezident Donald Trampa sui-qəsd cəhdindən sonra baş verib.

Oxşar xəbərlər