“Azeri Light” nefti bahalaşıb
23-03-2023, 11:22
38

“Azeri Light” nefti bahalaşıb




Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. Oxu24.com  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.65 ABŞ dolları və ya 2.15% artaraq, 78.36 dollar təşkil edib.
2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.

Oxşar xəbərlər