Məktəblər açılır - Yoluxma rəqəmləri necə dəyişəcək?
3-09-2022, 20:01
44

Məktəblər açılır - Yoluxma rəqəmləri necə dəyişəcək?

Artıq ali və orta təhsil müəssisələrinin açılmasına sayılı günlər qalıb. Gündəlik yoluxma sayının yüksəldiyi bir vaxtda kollektivlərin fəaliyyətə başlaması, insanların məzuniyyət müddətini başa vuraraq, paytaxta qayıtması virusun artım riskini daha da çoxaldır.

Qarşıdakı günlərdə yoluxma rəqəmləri necə dəyişəcək?

Bu barədə  danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev ali və orta məktəblərin açılmasında heç bir risk görmədiyini bildirib.

Onun sözlərinə görə, ali və orta məktəblərin açılması ilə təmas riskinin, xəstəliyə yoluxma ehtimalının daha da artacağı düşünülə bilər:

“Ancaq xatırlatmaq istərdim ki, yay mövsümü olmasına, insanların rayonlara getməsinə baxmayaraq, virusa yoluxma yenə də artmışdı. Düşünürəm ki, insanların əksəriyyəti artıq peyvənd olunub və hazırda koronavirusa yoluxma statistikasında stabillik müşayiət olunur. Xüsusilə, ali və orta məktəblərdə oxuyanların gənc olduğu üçün bu xəstəliyi daha rahat keçirdiyini nəzərə alsaq, burada elə də riskli vəziyyət yoxdur".
 

 
Bununla belə, infeksionist pandemiyanın hələ bitmədiyini diqqətə çatdırıb:
 
"Aydındır ki, pandemiya hələ bitməyib. Ona görə də, ehtiyyatı əldən verməmək şərti ilə və qayda-qanuna riayət edərək ali və orta təhsil müəssisələrinə gediş-gəlişi bərpa etmək olar. Onsuz da  bütün ticarət mərkəzləri, nəqliyyatlar açıqdır. İnsanların təmas riskləri yüksək səviyyədədir. Hazırkı dönəmdə bu risklərdən qaçmaq  mümkün deyil. Sadəcə biz riskli yerlərdə ehtiyyatı əldən verməməliyik ki, virusdan maksimum qoruna bilək".
 
Xatırladaq ki, sentyabrın 15-də yeni tədris ilinə start veriləcək.

Oxşar xəbərlər