Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR
17-04-2024, 13:39
17

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR






Əl təmizləyicilərinin beyindəki hüceyrələrə zərər verdiyi aşkarlanıb.

Publika.az “The Independent” nəşrinə istinadla xəbər verir ki, tədqiqatçılar bununla bağlı araşdırmanın nəticəsinin “təəccüblü” olduğunu bildiriblər.

Zəhərliliyi bilinməyən 1823 birləşmənin araşdırıldığı tədqiqatda laboratoriya şəraitində hüceyrələri öldürən və ya inkişafının qarşısını alan iki kimyəvi sinif müəyyən edilib. Dəstək hüceyrələri neyronları əhatə edir və beyin siqnallarının sürətlə hərəkət etməsinə imkan verən izolyasiya örtüyü əmələ gətirir.

“Nature Neuroscience” akademik jurnalında dərc edilən araşdırmada müəyyən edilən kimyəvi siniflərdən biri dördüncü birləşmələrdir. Əl təmizləyicilərində olan bu birləşmələr diş pastası və ağız qarqarası kimi şəxsi qulluq məhsullarında bakteriya və virusları öldürmək üçün də istifadə olunur. Yanlış istifadə edildikdə belə zərərverici hadisələr yarana bilər.

Əl təmizləyicilərinin insan sağlamlığına təsirlərini araşdıran tədqiqatlar son illərdə artmağa başlayıb. COVID-19 pandemiyası zamanı insanların qanında pandemiyadan əvvəlkindən iki dəfə çox dördqat birləşmə olduğu qeyd edilir ki, bunun da dezinfeksiyaedici maddələrin geniş tətbiqi ilə bağlı olduğu düşünülür.

Oxşar xəbərlər