Deyir ki, “1972-ci ildə Qusar rayonunun Düstahir kəndində anadan olmuşam. 1989-cu ildə orta məktəbi bitirdikdən bir il sonra Sovet Ordusu sıralarında xidmətə çağrılmışam. 1992-ci ildə xidməti başa vursam da, Qarabağ müharibəsi başladığına görə, Azərbaycan Silahlı Qüvvələrində xidmətimi davam etdirmişəm. O vaxt vahid birlik, komandanlıq olmadığından könüllü müraciət etmişdim. Peşəkar zabit çatışmazlığı mövcud idi. Demək olar ki, o vaxtkı tabor komandirləri ixtisasından asılı olmayaraq, yerli ağsaqqallardan, hörmətli şəxslərdən seçilirdi. Bizə tabor komandiri təyin olunan şəxs ixtisasca çilingər olsa da, çox qabiliyyətli bir insan idi. Yaxşı başa düşürdük ki, vahid ordu olmadığından bizi çox ağır günlər gözləyir. Hər tərəfdən hücum təhlükəsi ilə üz-üzə idik. Başçılıq etdiyim tağım düşmən hücumunu dəf etmişdi. Füzuli rayonunun Qacar kəndində yüksəkliyin əldə saxlanılmasından sonra artıq kollektiv içərisində rəğbət qazanmışdım. Bundan sonra briqada komandiri zabit olmağı təklif etdi. Həmin vaxt Bakı Birləşmiş Zabitlər Məktəbində kəşfiyyat kurslarına yazıldım. 1992-ci ilin fevral ayında həmin məktəbə daxil oldum. Bir il sonra kursda 354 nəfərin birincisi olduğuma görə mənə leytenant rütbəsi verildi və yenidən Füzuli bölgəsinə yola düşdüm. İkinci Qarabağ müharibəsində qazandığım uğurlarda Birinci Qarabağ müharibəsində qazandığım təcrübənin rolu böyük oldu...”.
Heç kim bu dünyada qəhrəman kimi doğulmur. İnsanı üç xüsusiyyət - cəsarət, cürət və sücayət qəhrəmanlıq səviyyəsinə ucaldır. Əgər bunlardan biri çatmasa, kimsə qəhrəman ola bilməz...
2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub və 2013-cü ildə həmin akademiyanı fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayıb və tağım komandirindən briqada komandiri vəzifəsinə kimi xidməti yol keçib. Göstərdiyi sücaətlərə görə bir sıra medallara layiq görülüb. 15 dekabr 2020-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Çiyinlərində polkovnik hərbi rütbəsini daşıyır...
“Hər kəs bilir ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu böyük gücə malikdir. İstər peşəkar zabitlərin olması, istərsə də yeni, müasir silah-sursat, texnikalarla təmin edilməsi gücümüzü daha da artırır. Xüsusilə bu prosesdə təlimlərin rolu danılmazdır. Hər il keçirilən taktiki təlimlər inkişafımızın təməl prinsiplərindəndir. Ona görə də mən fəxrlə deyirəm ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda peşəkar zabit və döyüşçü kimi özümü formalaşdırmışam. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordusunun həyata keçirdiyi peşəkar əməliyyatlar nəticəsində Günnüt kəndi daxil olmaqla, yaxınlıqdakı Qızılqaya və Qaraqaya dağlarında mühüm hərbi-strateji əhəmiyyətə malik yeni mövqelər, ümumilikdə, 11 min hektara yaxın ərazi işğaldan azad edildi. Günnüt əməliyyatı Naxçıvanda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunun uğurla davam etdirildiyini, ölkəmizin müdafiə təhlükəsizliyinin təmin olunduğunu bir daha sübut etdi. Ümumiyyətlə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda əsgərlərə, hərbçilərə göstərilən diqqət və qayğı yüksək səviyyədədir, elə buna görə də şəxsi heyət istənilən döyüş tapşırığını yerinə yetirmək gücündədir. Bu öz təsdiqini Vətən müharibəsində tapdı”, - söyləyir…
Çılğın, qaynar, dinamik adamdır. Döyüşdə nə qədər sərt və düşmənə qarşı amansız idisə, həyatda bir o qədər də mərhəmətli və mehribandır. Yaxşı yoldaşlığı və dostluğu var. Necə deyərlər, son tikəsini dostlarından əsirgəməz. Bir sözlə, barəsində söhbət açdığım polkovnik Tehran Mənsimov Qarabağın azad olunmasında göstərdiyi xidmətlərə görə xalq məhəbbəti qazanıb, insanların yaddaşında yer tutub. İllər ötəcək, elə bir vaxt gələcək ki, bu əfsanəvi döyüşçünün haqqında qəhrəmanlıq epopeyası yazılacaq...
Avqustun 24-də şərəfli döyüş yolu keçmiş Tehran Mənsimovun 50 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlı, firəvan həyat arzulayıram.
Yubileyiniz mübarək, cənab POLKOVNİK!
Oxşar xəbərlər
Son Xəbərlər
-
Son 25 ilin ən bahalı metalının ADI AÇIQLANDI
-
Təhsilə ən çox hansı ölkələr pul xərcləyir? - Təəccübləndirən adlar
-
Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
-
Venesuelada ölənlərin sayı sürətlə artır
-
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
-
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
-
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
-
Süni intellektlə həyata keçirilən kiberhücumlar artır
-
"Coca-Cola"-nın sirri: Dünyanın ən məşhur içkisi necə narkotik tərkibli "dərman" kimi yaranıb?" - "Space Daily"
-
Növbəti genişmiqyaslı zərbələr dalğası - İranın hərbi infrastrukturu vuruldu
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
-
Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
-
Trampı öldürənə 10 milyon dollar verəcəklər
-
Leyla Əliyeva "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak etdi
-
Müctəba Xameneinin ictimaiyyət qarşısına niyə çıxmadığı açıqlandı
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
-
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
-
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
-
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
-
Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib - FOTO
-
Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
-
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
-
Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir
-
Rusların azərbaycanlılarla oxşar olan dərdi: Toy neçəyə başa gəlir?
-
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
-
Rusiyaya qarşı yeni sanksiyalar paketi - 61 senator dəstəklədi
-
ABŞ İranda 5 körpünü dağıdıb: Ölənlər var
-
Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
17:00 -
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
16:56 -
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
16:59 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
17:05

17:05 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
09:34 -
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
11:36 -
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
11:33 -
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
09:35 -
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
09:33