İntihara cəhd edən jurnalistin vəziyyəti açıqlandı
1-03-2023, 10:28
44

İntihara cəhd edən jurnalistin vəziyyəti açıqlandı




Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) jurnalist Aygün Əliyevanın səhhəti ilə bağlı açıqlama yayıb.
TƏBİB-dən  hazırda jurnalistin vəziyyətinin stabil olduğu bildirilib.
“27 fevral 2023-cü il saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən 1982-ci il təvəllüdlü vətəndaşın vəziyyəti stabildir. Hazırda müalicəsi davam etdirilir”, - rəsmi məlumatda qeyd olunub.
Qeyd edək ki, A.Əliyevanın başqa imza ilə Operativ Qərargahı tənqid edən yazı yazmasından sonra “Azərtac”dakı işindən kənarlaşdırılıb. Məsələyə görə məhkəməyə müraciət edilib. A.Əliyeva işinə bərpa edilməsini tələb edib. İşə bərpa olunmadığından isə ötən gün intihara cəhd edib.

Oxşar xəbərlər