Elnur Əliyev işdən çıxarıldı - SƏRƏNCAM
3-11-2022, 17:38
57

Elnur Əliyev işdən çıxarıldı - SƏRƏNCAM

Elnur Əliyev işdən çıxarıldı - SƏRƏNCAM
Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
 
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
Qeyd edək ki, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı nazirin birinci müavini Elnur Əli oğlu Əliyevin saxlanılması barədə məlumat yayılmışdı.

Oxşar xəbərlər