Dərslikləri universitet müəllimləri hazırlamamalıdır - Deputatdan etiraz
10-11-2022, 21:00
63

Dərslikləri universitet müəllimləri hazırlamamalıdır - Deputatdan etiraz

Dərslikləri universitet müəllimləri hazırlamamalıdır - Deputatdan etiraz
Təhsil dövlətin əsas prioritet sahələrindən biridir. Ali məktəblərimizin reytinq cədvəlində yer alması təhsilin keyfiyyəti ilə əlaqədardır. Təhsilin keyfiyyətini artırmaq üçün orta məktəblərdən başlamalyıq.
Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda keçirilən dəyirmi masada deyib.
 
O bildirib ki, orta məktəblərlə universitetlər arasında əlaqələr yaradılmalıdır: “Çox istərdim ki, orta məktəb dərslikləri ali məktəb müəllimləri tərəfindən yazılmasın. Təəssüf ki, orta məktəb müəllimlərini sahədən uzaqlaşdırırlar. Uşaqların başa düşəcəyi səviyyədə yazmaq üçün orta məktəb müəlliminin rolu vacibdir.
 
Ali təhsil müəssisələrində dərslər mühazirələrdən ibarət olmamalıdır. Tələbə ilə müəllim arasında mühazirələr dialoq əsasında aparılmalıdır. Bu nöqsanlar olduğu halda, hansı reytinqdən danışa bilərik?

Oxşar xəbərlər