Bir neçə məktəbdə istilik problemi qalır - NAZİR
25-11-2022, 18:06
65

Bir neçə məktəbdə istilik problemi qalır - NAZİR

Bir neçə məktəbdə istilik problemi qalır - NAZİR
Bir neçə məktəb var ki, obyektiv səbəblərdən istiliklə bağlı ciddi problemlər ola bilir.
 
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
 
"Media nümayəndələri yəqin ki, növbəti həftələrdə ayrı-ayrı məktəblərin soyuq otaqlarını çəkib göstərəcəklər, biz də onlara baxacağıq. Təbii ki, sizin işiniz göstərmək, bizimki də problemi həll etməkdir. Lakin hazırda məktəblərin 95 faizində istiliklə bağlı problem yoxdur", - nazir bildirib.

Oxşar xəbərlər