“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib.
Prezident İlham Əliyev noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.
Dövlət proqramında qeyd olunur ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribata cavab olaraq başlanılan və 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatmış və işğal olunmuş ərazilər rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.
Otuz ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsidir.
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
Dövlət Proqramının məqsəd və vəzifələrinə uyğun əsas prioritet istiqamətlər “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili”, “Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini”, “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması”, “Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması”, “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası”, “Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi” məsələləri daxildir.
Ərazilərin bərpası və dayanıqlı inkişafı çərçivəsində qarşıya qoyulmuş hədəflərə nail olunması və Dövlət Proqramının icrasının optimallaşdırılması məqsədilə 5 illik dövrü əhatə edən Tədbirlər Planı əldə ediləcək nailiyyətlərin qiymətləndirilməsi üzrə nəticə indikatorlarının müəyyənləşdirilməsini, müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarətin daha effektiv təşkilini nəzərdə tutur.
Dövlət Proqramının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaq. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. İlkin nəticələr Dövlət Proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edir.
Oxşar xəbərlər
Son Xəbərlər
-
Bakıda beynəlxalq konfrans keçirilir
-
Bu gün 33 dərəcə isti olacaq
-
İyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq - MƏBLƏĞLƏR
-
Bitki çaylarında ölümcül təhlükə – Nazirlik hərəkətə keçdi
-
12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?
-
Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Binəqədi rayonunda aztəminatlı ailələrə hüquqi yardım aksiyası keçirilib
-
Yağışlı hava müşahidə olunur - FAKTİKİ HAVA
-
Rusiya İrana ancaq mənəvi dəstək verəcək: Putin Xameneiyə salam göndərdi
-
SON DƏQİQƏ: İran atəşkəsi qəbul etdi
-
ABŞ-İran münaqişəsində ssenari: Trampa sui-qəsd ediləcək - Rusiyadan sensasion iddia
-
Rusiya Sumı vilayətini atəşə tutdu - 3 ölü, 6 yaralı var
-
Ekspertdən sərt tənqid: Öz fənnindən xəbərsiz olan adam sinif otağında nə danışıb?
-
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Kiloqramı min avro: Dünyanın ən bahalı pendiri nədən hazırlanır?
-
Bədəndə səbəbi bilinməyən göyərmələr hansı xəstəliklərə işarədir?
-
Yay aylarında şirniyyata diqqət: Mütəxəssislər xəbərdarlıq edir
-
Azərsu ASC-nin 7 nömrəli Sukanal İdarəsinin rəisi Xəqani müəllim öz işinin peşəkarı bir insandır
-
“WhatsApp”da reklamlar dövrü başlayır - dəyişiklik kimlərə təsir edəcək?
-
Abituryentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidirlər?
-
Yer altında gizli dünya tapıldı
-
"ChatGPT" insan beyninə necə təsir edir? - İlk araşdırmanın nəticələri narahatlıq doğurur
-
Bu günün hava proqnozu açıqlandı
-
Daha bir ölkə səfirliyini İrandan Azərbaycana köçürür
-
Sərhəddən keçid üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı
-
Şəkər haqqında məşhur mif doğru deyilmiş…
-
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRDİ
-
Prezidentlər onların evinə getdilər - VİDEO
-
Trampın İrana qarşı hazırladığı hiyləgər tələ: ABŞ admiralı açıqladı
-
Şərqlə Qərb belə birləşir: Bu addım İsrailə görə atılır - Görün nələr olacaq
-
Azərbaycanda ilk: Bu universitetlər dünyanın ən yaxşıları sırasında
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Azərsu ASC-nin 7 nömrəli Sukanal İdarəsinin rəisi Xəqani müəllim öz işinin peşəkarı bir insandır
13:07 -
“WhatsApp”da reklamlar dövrü başlayır - dəyişiklik kimlərə təsir edəcək?
10:43 -
Şəkər haqqında məşhur mif doğru deyilmiş…
10:39 -
Abituryentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidirlər?
10:42 -
Şərqlə Qərb belə birləşir: Bu addım İsrailə görə atılır - Görün nələr olacaq
10:38
-
Azərsu ASC-nin 7 nömrəli Sukanal İdarəsinin rəisi Xəqani müəllim öz işinin peşəkarı bir insandır
13:07 -
Sumqayıt zakıs şöbəsinin müdiri Təranə Novruzova əsl insani xüsusiyyətlərin hər birini özündə daşıyan bir insandır
13:02 -
"Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:59 -
Laçın Beynəlxalq Hava Limanının açılışı oldu
12:18 -
Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:29 -
Rusiyadan sensasion iddia: ABŞ parçalanacaq
13:16 -
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
12:24 -
İranın Zəngəzurdakı konsulluğu hərbi bazadır? - Gizlinlər ortaya çıxdı
13:42 -
Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:27 -
Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:26