Bu sözləri açıqlamasında sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib.
İran hakimiyyətinin ermənilərə sevgisinin təsadüfi olmadığını deyən eks-nazir molla rejiminin mütləq şəkildə cəzalandırılmalı olduğunu söyləyib:
“İran hakimiyyətinin erməni sevgisini təsadüf deyil. Bəzi tarixçilər farslarla ermənilərin eyni kökə mənsub olduqlarını deyirlər. Onların fərqli dinlərə mənsub olması hər iki toplumun tarixdə keçdikləri fərqli yollarla izah olunur. Reallıq isə budur ki, biz nə qədər görməzdən gəlsək də, ermənilərlə farsların kökləri birdir. Fars dövlətinin başında duranlar heç də əbəs yerə “ermənilər bizim qardaşlarımızdır” demirlər. Ermənilər onların qardaşlarıdır. Tarixdə müxtəlif dinə sahib olan eyni köklü xalqlar mövcud olub. Bu, heç də yenilik deyil.
Məsələn, xristian türklər və ya müsəlman ermənilər yoxdurmu? Əlbəttə, var. Bu gün Türkiyədə 400 mindən çox müsəlman erməni yaşayır. Lakin onlar mahiyyət etibarilə xristian ermənilərdən heç nə ilə fərqlənmirlər və yeri gələndə istənilən xristian ermənidən daha çox erməni ola bilirlər. Bütün bunları söyləməklə onu demək istəyirəm ki, islam aləmi İranı müsəlman dövləti kimi görsə də, onu islam dəyərlərindən uzaq, terroçu, ilk növbədə müsəlmanların qanını tökən cinayətkar dövlət kimi dəyərləndirməlidir”.

Bu mənada Fikrət Yusifov hesab edir ki, İslamın düşmənlərinə qucaq açan İran mütləq şəkildə İƏT-dən uzaqlaşdırılmaldır. Onun sözlərinə görə, dünyanı təhdid edən Tehranın qarşısını almağın vaxtı gəlib çatıb:
“Unutmayaq ki, otuz il ərzində erməni işğalı altında qalmış Qarabağda kəndləri, qəsəbələri və şəhərləri söküb aparanda ermənilərə dəstək verən ölkə məhz İran olub. Məscidləri təhqir edən, islam dəyərlərinə həqarətlə yanaşan ermənilərlə dostluq etmək islam ölkəsinə yaraşan hal deyil. Belə çıxır ki, İran erməniləri İslam dəyərlərindən üstün tutur. Belə dövlətin İslam Əməkdaşlıq Təşkilatından çıxarılması zəruridir və ümumiyyətlə, onun bir dövlət kimi varlığı bəşəriyyət üçün ciddi təhlükə mənbəyidir.
Düşünürəm ki, dünya birliyinin əleyhinə gedərək Ukraynada Rusiyanın işğalçı müharibəsinə dəstək verən, hərbi yardımlar göndərən, "molla təfəkkürü" ilə idarə olunan bir ölkənin məhv edilməsi barədə “fərman” böyük güclər tərəfindən verilib. Bu proses başlayıb və sürətlə davam etməkdədir".