Ermənistan Azərbaycanla sərhəddə yeni zastavalar tikdi
23-11-2025, 13:12
54

Ermənistan Azərbaycanla sərhəddə yeni zastavalar tikdi

 
Ermənistan Sünikdə üç yeni sərhəd zastavası tikilib.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Zastavalar Kornidzor, Xndzoresk və Artaşen kəndləri yaxınlığında açılıb.
Mərasimdə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan, onun müavinləri Aram Akopyan, David Sanamyan və sərhəd qoşunlarının rəisi, polkovnik Qarik Muradyan iştirak ediblər.
Simonyan yeni zastavaların yaşayış şəraiti, avadanlıqları və maddi-texniki təminatı ilə tanış olub.
O, zabitlərin müasir standartlara cavab verən məişət şəraitinə də baxıb. Onlar yaşamaq üçün lazım olan hər şeylə təchiz olunublar.

Oxşar xəbərlər