Latviya səfiri Rusiya XİN-ə çağırıldı
10-11-2022, 14:51
59

Latviya səfiri Rusiya XİN-ə çağırıldı

Latviya səfiri Rusiya XİN-ə çağırıldı
Latviyanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Səfirin XİN-ə çağırılmasına səbəb Latviyadakı sovet abidələrinin demontaj edilməsi olub.
 
Məlumata görə, Rusiya tərəfinin bununla bağlı narahatlığı Latviya səfirinin diqqətinə çatdırılıb.
 
“Bildirilib ki, rəsmi Moskva cavab addımı atmaq haqqını özündə saxlayır. O cümlədən asimmetrik cavab addımı”, - deyə qeyd olunub.

Oxşar xəbərlər