Baş Prokurorluq Bərdə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat verib.
Qurumdan daxil olan bəyanatda deyilir:
"Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla 44 günlük Vətən müharibəsinin gedişatında Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçib, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurublar.
2020-ci ilin oktyabrın 28-də Ermənistan Respublikasının silahlı qüvvələrinin müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə növbəti raket hücumu nəticəsində 4-ü qadın, 17-si kişi olmaqla 21 nəfər qəsdən öldürülmüş, 8-i uşaq, 17-si qadın, 58-i kişi olmaqla 83 nəfər şəxs xəsarət alıb.
Qeyd edilən ilin noyabrın 7-də müharibənin son günlərində Ermənistanın Bərdə rayonunun Yeni Əyricə kəndinə raket hücumu nəticəsində 1 nəfər uşaq ölüb.
Bərdə şəhərinin 05, 08, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülmüş, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə bir daha çağırır.
İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik!
Oxşar xəbərlər
Son Xəbərlər
-
Deputat təklif etdi: “Valideyn maaşı” verilsin
-
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
-
Rusiya Türkiyə şirkətinə məxsus gəmiyə hücum etdi - 5 ölü
-
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
-
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
-
“Qızıl top”a namizədlərin əmsalları yeniləndi - Lider kimdir?
-
İzmit bələdiyyəsində əməliyyat: Sədr və həyat yoldaşı saxlanıldı
-
Xəzər Boru Kəməri Konsorsiumunun terminalı yenə də vuruldu
-
Ukrayna Rusiyaya qarşı “ikinci cəbhə”ni açır - Fransa dəstək verir
-
Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır
-
Son 25 ilin ən bahalı metalının ADI AÇIQLANDI
-
Təhsilə ən çox hansı ölkələr pul xərcləyir? - Təəccübləndirən adlar
-
Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
-
Venesuelada ölənlərin sayı sürətlə artır
-
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
-
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
-
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
-
Süni intellektlə həyata keçirilən kiberhücumlar artır
-
"Coca-Cola"-nın sirri: Dünyanın ən məşhur içkisi necə narkotik tərkibli "dərman" kimi yaranıb?" - "Space Daily"
-
Növbəti genişmiqyaslı zərbələr dalğası - İranın hərbi infrastrukturu vuruldu
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
-
Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
-
Trampı öldürənə 10 milyon dollar verəcəklər
-
Leyla Əliyeva "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak etdi
-
Müctəba Xameneinin ictimaiyyət qarşısına niyə çıxmadığı açıqlandı
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
-
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
-
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
-
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Deputat təklif etdi: “Valideyn maaşı” verilsin
13:05 -
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
13:04 -
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
13:02 -
Rusiya Türkiyə şirkətinə məxsus gəmiyə hücum etdi - 5 ölü
13:03 -
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
13:01
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
17:00 -
Deputat təklif etdi: “Valideyn maaşı” verilsin
13:05 -
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
16:56 -
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
16:59 -
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
17:05

17:05 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -