
Siyasət
20-06-2025, 10:40
13
Daha bir ölkə səfirliyini İrandan Azərbaycana köçürür

Bununla bağlı Avstraliyanın xarici işlər naziri Penni Vonq açıqlama verib.
O bildirib ki, İsrail-İran münaqişəsi səbəbindən diplomatların və ailələrinin təhlükəsizliyini təmin etmək üçün belə bir qərar verilib.
Vonq qeyd edib ki, vətəndaşlarının təxliyəsinə dəstək göstərmək üçün Avstraliya hökuməti Azərbaycana böhran qrupu göndərəcək.
Qeyd edək ki, bundan əvvəl Macarıstan və Bolqarıstan səfirliklərini Azərbaycana köçürüb.