
Siyasət
22-01-2025, 16:29
59
İrəvanın sərhəddə yeni oyunu: Qərb qüvvələri qalacaq?

Ermənistan parlamentinin spikeri Alen Simonyan müşahidə missiyasının vaxtının uzadılması variantını Aİ-yə təqdim etdiklərini açıqlayıb.
Lakin Ermənistan mediası İrəvanın Aİ misiyasını ölkədən çıxarmadan Bakının “üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılması” tələbini də icra etməyin yollarını axtardığını yazır. “Hraparak” nəşri qeyd edir ki, bu variantlardan biri missiya üzvlərinin sərhəddən kənarda ofis rejimində fəaliyyət göstərməsidir.
Nəşr bunun mümkün olub-olmadığını Alen Simonyandan soruşub. Simonyan bildirib ki, bununla bağlı dəqiq cavab verə bilməyəcək.