Zəngəzurun tarixi Azərbaycan torpağı olması haqda kifayət qədər sübutlar mövcuddur. Ortada arxiv materialları və rəsmi sənədlərin olmasına baxmayaraq, saxtakarlığa əl atan ermənilər illərdir ki, bu bölgənin onlara məxsusluğu barədə yalan iddialar ortaya atır, mənfur planlarını dünyaya yaymaq üçün təbliğat aparırlar.
Erməni saxtakarlığının ən pik məqamlarından biri Zəngəzur adının danılması, bu ərazinin erməniləşdirilməsidir. Fitnəkar qonşularımız Azərbaycanın bu bölgəsini qondarma Sünik adı ilə təqdim edərək, həyasızcasına guya heç vaxt Zəngəzur adlı ərazinin olmadığını dünyaya car çəkirlər. Real dəlillər isə erməniləri tamamilə ifşa edir.
Kiçik bir araşdırma zamanı məlum olur ki, ermənilər vaxtilə özləri də indi Sünik dediləri bölgəni Zəngəzur adlandırıblar. Bu, onların tarixi sənədlərində qeyd olunduğu kimi, dırnaqarası mədəniyyətində də öz əksini tapıb.
Belə ki, erməni bəstəkar Aram Xaçaturyanın hələ 1938-ci ildə bəstələdiyi “Zəngəzur marşı” əsəri Ermənistanda kifayət qədər məşhurdur. 84 il öncə belə bir marşın bəstələnməsi ermənilərin Zəngəzurla bağlı yalanlarını ifşa edərək, Sünik adlı ərazi vahidinin olmadığını təsdiqləyir.
Zəngəzur nə erməni torpağıdır, nə də erməni adı...
Bununla əlaqədar danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ermənilərin tarixlərinin, siyasətlərinin saxta olduğunu qeyd edib. “Zəngəzuru tanıyaq, tanıdaq” adlı silsilə araşdırmaların müəllifi olan Musa Quliyev ermənilərin iddialarını faktlarla yalanlayıb:
“Saxtakarlıq ermənilərin mahiyyətində, qanındadır. Biz ermənilərin saxta olduğunu bütün dünyaya sübut etmək üçün addımlar atırıq. Amma dünya da gərək bunu dərk etsin. Digər tərəfdən ermənilərin Zəngəzur adından imtina etməsi gözlənilən idi. Çünki Zəngəzur erməni torpağı deyil, erməni sözü də deyil. Onlar qondarma faktlar, guya eradan öncə baş verən hadisələr, tarixlər uydururlar. Qarabağın və Şərqi Zəngəzurun da rayonlarının adlarını, bölgələrin isimlərini dəyişmişdilər. Amma onların qoyduğu adları heç kim tanımadı.
Ermənistan Sovet dönəmindəki 23 rayon bölümünü ləğv edib, öz dilində mərzlər yaratdı. Əslində “mərz” sözü də erməni deyil, fars mənşəli sözdür. Zəngəzurun rayonlarına guya qədim erməni çarlığının dövrünə aid olan adlar qoydular. Həmin qondarma adlar erməni mənbələrindən başqa heç yerdə yoxdur.
Ermənilər vaxtilə, Sovet dönəmində Zəngəzurla bağlı film çəkib, marş da yazıblar. Zəngəzur adını tanıyırdılar. Müstəqillik əldə edəndən sonra guya qədim köklərinə qayıdırlar və saxta adları yenidən reallaşdırmağa başlayıblar. Ona qalsa, indiki Ermənistan Qərbi Azərbaycanın bütün torpaqlarında yerləşib. Oradakı 2300-dən çox yaşayış məntəqəsinin hamısının adları dəyişdiriləsidir. Onların təxminən 2100-nün özlərinə aid olmadığını təsdiqləyiblər. Erməni tarixçisi Zaven Qorqodyan “Sovet Ermənistanı son 100 ildə, 1831-1931” adlı kitabında belə qeyd edib. Orada göstərirdi ki, Ermənistandakı toponimlərin cəmi 300-ə qədəri ermənilərə məxsusdur. İndi adları dəyişdirirlər, guya siyasət aparırlar. Zəngəzura Sünik deməklə heç nə dəyişməyəcək. Bizim məqsədimiz Zəngəzura dönməkdir. Şərqi Zəngəzura artıq qayıtmışıq, Qərbi Zəngəzura da dönəcəyik. Zəngəzur dəhlizini də açacaq, gediş-gəlişi bərpa edəcəyik. Ermənilərin nə yazdığının, nə dediyinin heç bir əhəmiyyəti yoxdur”.
Tanınmış bəstəkar, Əməkdar İncəsənət xadimi Cavanşir Quliyev isə həmin “Zəngəzur marşı”nı ermənilərə xatırlatmağın tərəfdarıdır:
“Mən Zəngəzur marşını eşitmişəm, amma notalarını görməmişəm. Əgər doğrudan da yazılanda adı Zəngəzur qoyulubsa, əvvəl əsərin özünü tapmaq lazımdır. Kitabxanalarda, arxivlərdə, hətta internetdə axtarmaq olar. Marşın musiqisinin elə də önəmi yoxdur. Əsas siyasi əhəmiyyət daşıyan məqam əsərin adıdır. Bunun üçün kompüterlə köçürülmüş notalar deyil, həmin dövrdə çap olunmuş notaların fotokopyası lazımdır.
Aram Xaçaturyan erməni olmasına baxmayaraq, heç vaxt Ermənistanda olmayıb, Tiflisdə yaşayıb, orada böyüyüb, sonradan Rusiyaya köçüb. Onun yalnız adına, soyadına görə erməni demək olar. Əslində erməni mənşəli Sovet bəstəkarıdır. Ermənilərin Zəngəzurdan danışdığı, yalan iddialar səsləndirdiyi məqamlarda əlimizdəki faktları onların üzünə vurmaq lazımdır.
Həmçinin, qeyd etmək istəyirəm ki, Zəngəzurun adına nə deyirlər, desinlər. Əsas odur ki, ora Azərbaycan torpağıdır. Zəngəzurun ermənilərə verilməsi ilə bağlı konkret sənədlər, faktlar var”.
Oxşar xəbərlər
Son Xəbərlər
-
Şahmatçımız erməni rəqibini məğlub etdi
-
Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?
-
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
-
İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...
-
Quba rayonu Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbin direktoru Hacıyev Mansur Əli hadi oğlu öz işinin öhtəsindən layiqincə gəlir
-
Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!
-
Qəzzada atəşkəs danışıqları dayandırıldı
-
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
-
Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
-
Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı
-
Daha bir ölkə “Bayraktar”lara sahib oldu
-
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO
-
Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ
-
İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik
-
Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı
-
“28 nömrəli Yol İstismarı” MMC-nin direktoru Kərəm Məmmədrzayev öz işinin öhtəsindən layiqincə gəlir
-
Sərhədçilərimiz Qazax-Tavuş sərhədinə nə vaxt yerləşəcək? - Dəqiq TARİX
-
Azərbaycan Qazax-Tavuş istiqamətində hansı üstünlük əldə etdi? - Xəritələr gündəmdə
-
Azərbaycan-Ermənistan sərhədində yeni dirəklər yerləşdiriləcək
-
Aİ Rusiya mediası üçün qapılarını bağlayır
-
Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB
-
Voskepardakı kilsəsi və Bağanis yolu Azərbaycanın nəzarətinə keçir? - Ermənilər açıqladı
-
Bu evlərə “kupça” verilməyəcək - Yeni qərar
-
Yeniyetməlik dönəmində artan xəstəliklər: Mütəxəssislər elə səbəblər açıqladılar ki...
-
Azərbaycanla Ermənistan arasında sərhəd xətti ilə bağlı protokol imzalandı
-
Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta məktəbində Prezidentimiz cənab İlham Əliyevin portretinə qarşı çox böyük hörmətsizlik edilib
-
Şirvan şəhər notariat ofisinin xüsusi notariusu Şirvanov Əlixan Fətulla oğlu öz işinin öhtəsindən layiqincə gəlir
-
Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta məktəbində Prezidentimiz cənab İlham Əliyevin portretinə qarşı çox böyük hörmətsizlik edilib
-
Quba rayonu Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbində Azərbaycanın dövlət atributlarından biri olan bayrağımıza qarşı hörmətsizlik nümayiş etdirilir
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Quba rayonu Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbin direktoru Hacıyev Mansur Əli hadi oğlu öz işinin öhtəsindən layiqincə gəlir
09:31 -
İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...
09:52 -
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
09:53 -
Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ
09:54 -
Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?
09:53
-
Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır
09:49 -
Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta məktəbində Prezidentimiz cənab İlham Əliyevin portretinə qarşı çox böyük hörmətsizlik edilib
16:32 -
Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta məktəbində Prezidentimiz cənab İlham Əliyevin portretinə qarşı çox böyük hörmətsizlik edilib
11:44 -
Şirvan şəhər notariat ofisinin xüsusi notariusu Şirvanov Əlixan Fətulla oğlu öz işinin öhtəsindən layiqincə gəlir
16:32 -
Quba rayonu Ramazan Əliyev adına Barlı qəsəbə tam orta məktəbində Azərbaycanın dövlət atributlarından biri olan bayrağımıza qarşı hörmətsizlik nümayiş etdirilir
10:25
-
Cəlilabad şəhər Prişib tibb məntəqəsinin uşaq şöbəsinin həkimi Əliyev Saleh həkimin adı, hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir
14:03 -
Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur
17:16 -
Qazax rayonu, Qırmızı Körpü yolunun üzərində yerləşən Yanacaq doldurma məntəqəsinin rəisi Mehman müəllim öz işini vicdan və ləyaqətlə icra edir
13:09 -
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi
07:55 -
“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO
12:30 -
Daşkəsən rayon Kobalt qəsəbəsində yerləşən Peşə məktəbində qanunsuzluqlar baş alıb gedir. Rəhbərlik öz işinə niyə məsuliyyətsiz və laqeyd yanaşır?
20:58 -
Gəncə şəhər 1 saylı Notariat ofisinin müdiri Elnur Məhərrəmov öz işinin peşəkarı insandır
12:30 -
Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib
17:15 -
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
07:53 -
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
07:59