Milli Məclis buraxıldı: Seçkilərin vaxtı açıqlandı - SƏRƏNCAM
28-06-2024, 08:46
72

Milli Məclis buraxıldı: Seçkilərin vaxtı açıqlandı - SƏRƏNCAM





Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az sərəncamın mətnini təqdim edir:

1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.

2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin.

Oxşar xəbərlər