İrəvan rəsmən açıqladı: Bakı ilə sülh müqaviləsinin imzalanması üçün...
11-06-2024, 14:18
8

İrəvan rəsmən açıqladı: Bakı ilə sülh müqaviləsinin imzalanması üçün...





Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsində tarixi məqamı yarandığını açıqlayıb.

Publika.az xəbər verir ki, Mirzoyan bu barədə ABŞ-Ermənistan dialoqunun ikinci iclasında deyib.

"Sülh müqaviləsi layihəsinin hazırlanmasını başa çatdırmaq üçün real imkan, tarixi məqam var, onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər", - Mirzoyan deyib.

“Ermənistan həm də suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmət əsasında regionda bütün nəqliyyat kommunikasiyalarının qarşısının alınmasında maraqlıdır”, - Mirzoyan əlavə edib.

Nazirin sözlərinə görə, bütün bunlar Ermənistan hökumətinin təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsində ən yaxşı şəkildə əks olunub.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh müqaviləsi layihəsi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazır olduğunu bildirib.

Oxşar xəbərlər