Bakı ilə İrəvan arasında altıncı raund: Mirzoyan Paşinyanın  öyrətdiklərini təkrarladı
3-11-2023, 15:01
40

Bakı ilə İrəvan arasında altıncı raund: Mirzoyan Paşinyanın öyrətdiklərini təkrarladı






Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlamaq üçün təklif mübadiləsinin altıncı raundunu keçirirlər.

Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın 2024-cü il dövlət büdcəsi layihəsi üzrə daimi komissiyalarının iclasında deyib.

Onun sözlərinə görə, İrəvanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətindəki kursu davam edir.

Mirzoyanın qeyd etdiyi kimi, Ermənistan Qranadada bəyannamə imzaladı ki, bu, əslində Azərbaycanla gələcək sülh müqaviləsi üçün əsasdır.

O xatırladıb ki, bu sazişin birinci prinsipi ərazi bütövlüyünün tərəflər tərəfindən qarşılıqlı tanınmasına aiddir. Ermənistan bu məsələdə maksimum konkretliyi təmin etmək istəyir, ona görə də iki ölkənin əraziləri ilə bağlı konkret rəqəmlər gətirilir.

Müqavilənin ikinci prinsipi iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlıdır, proses sovet dövrünün ən son və qanuni xəritələri əsasında aparılmalıdır. Bu xəritələr 1974-1978-ci illərdə tərtib edilmişdir. Nazir hesab edir ki, ümumiyyətlə, delimitasiya SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlər əsasında aparılmalıdır.

Üçüncü prinsip regional kommunikasiyaların açılmasına aiddir. Xarici işlər naziri bir daha qeyd edib ki, Ermənistan özünü bu kommunikasiyaların açılmasından əsas faydalananlardan biri hesab edir. İrəvanın yanaşması isə dəyişməz olaraq qalır: bütün kommunikasiyalar ərazisindən keçdiyi ölkələrin yurisdiksiyasında, bərabərlik və qarşılıqlılıq əsasında fəaliyyət göstərməlidir.

Qeyd edək ki, Mirzoyan təzə nə isə deməyib. Bir müddət əvvəl bu fikirləri Paşinyan da səsləndirmişdi. Amma məsələ burasındadır ki, Ermənistan hakimiyyəti ancaq söz verir, amma əməl etmir.

Oxşar xəbərlər