
Siyasət
4-06-2024, 21:26
92
İlham Əliyev bu dövlət xidmətini ləğv etdi - FƏRMAN

Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlarının siyahısında dəyişiklik olunub.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev iyunun 4-də bununla bağlı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmana dəyişiklik edib.
Belə ki, Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilib. Bundan sonra qurumun səlahiyyətlərini nazirliyin özü icra edəcək.